CRM və ERP Sistemlərinin Hazırlanması
Şirkətinizin daxili proseslərini rəqəmsallaşdıran, hesabatlılığı artıran xüsusi proqram təminatı həlləri.
Niyə Xüsusi Proqram Təminatı?
Hər bir müəssisənin özünəməxsus iş mexanizmi var. Hazır həllər çox vaxt biznesinizi qəliblərə salır. Modern Root olaraq biz, sizin tələblərinizə 100% uyğunlaşan CRM sistemi və ERP proqramları hazırlayırıq. Bakıda biznesin tam avtomatlaşdırılması üçün ən müasir texnologiyalardan istifadə edirik.
CRM Sistemi: Müştəri Əlaqələrinin İdarə Edilməsi
Satış komandanızın məhsuldarlığını artırmaq və müştəri itkisinin qarşısını almaq üçün peşəkar CRM sifarişi verin:
- Müştəri bazasının vahid mərkəzdən idarəsi
- Satış qıfı (Sales Funnel) və statusların izlənməsi
- IP Telefoniya və SMS inteqrasiyası
- Görüşlərin və tapşırıqların xatırladılması
ERP Sistemi: Şirkət Resurslarının Planlaşdırılması
Böyük və orta miqyaslı şirkətlər üçün şöbələrarası koordinasiyanı təmin edən ERP hazırlanması:
- Anbar və İnventar: Stok qalığına real-vaxtda nəzarət.
- Maliyyə və Mühasibat: Gəlir-çıxış hesabatları və fakturalar.
- HR və Əmək Haqqı: İşçi davamiyyəti və KPI göstəriciləri.
- Logistika: Tədarük zəncirinin tam izlənilməsi.
Təhlükəsizlik və Rollar
Sistemlərimizdə hər bir əməkdaş yalnız icazəsi olan məlumatı görür. Audit Log funksiyası ilə kimin, nə vaxt, hansı dəyişikliyi etdiyini saniyəbəsaniyə izləyə bilərsiniz.
Bizim Sistemlərin Üstünlükləri
- Aylıq ödəniş yoxdur: Bulud əsaslı hazır sistemlərdən fərqli olaraq, bir dəfə ödəyirsiniz.
- Mülkiyyət hüququ: Kodlar və sistem tamamilə sizə məxsus olur.
- Lokal dəstək: Bakı ofisimizdən operativ texniki dəstək.
İdarəetməni Sadələşdirin, Qazancı Artırın!
Sizə özəl CRM və ya ERP sistemi üçün həmən müraciət edin.
